RU

Uşaqlara sosial media qasağası qoyan ÖLKƏLƏR

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropada bir çox ölkə uşaqların və yeniyetmələrin sosial mediada nəzarətsiz vaxt keçirməsinin yaratdığı riskləri azaltmaq üçün yeni qaydalar hazırlayır. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bu istiqamətdə Türkiyə də daxil olmaqla, bir sıra dövlətlər sosial media istifadəsinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Mütəxəssislər bildirir ki, uşaqların sosial mediada uyğun olmayan məzmunlara məruz qalması, asılılıq riski və psixoloji sağlamlığa mənfi təsirlər bu mövzunu getdikcə daha aktual edir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ailələr uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi narahatdır. O, sosial media şirkətlərini daha sürətli addımlar atmağa çağıraraq vurğulayıb:

“Sosial media uşaqların özlərini necə gördüyünü, dostluqlarını və dünyanı qavrayışını formalaşdırır. Bu risklərə göz yummaq olmaz. Uşaqları qorumaq üçün nə lazımdırsa edəcəyəm”.

Starmer qeyd edib ki, mövcud qaydalar kifayət deyil və yaxın zamanda 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinin məhdudlaşdırılması və ya qadağan olunması ilə bağlı addımlar atılacaq.

Avropa Komissiyasının sədri Ursula von der Leyen isə uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün hazırlanmış “rəqəmsal yaş təsdiqləmə tətbiqi”nin texniki baxımdan hazır olduğunu və tezliklə istifadəyə veriləcəyini açıqlayıb. O bildirib ki, sosial media platformalarının “sonsuz sürüşdürmə” kimi funksiyaları asılılığı artırır.

Avropanın müxtəlif ölkələrində isə konkret addımlar atılır:

Yunanıstanda Baş nazir Kiryakos Mitsotakis 15 yaşdan kiçiklərin sosial media istifadəsinin 1 yanvar 2027-ci ildən qadağan ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, uşaqlarda stress, yuxu problemləri və telefondan həddindən artıq istifadə halları müşahidə olunur.

Finlandiyada müvafiq qurumlar 13 yaşdan aşağı uşaqların sosial mediadan istifadə etməməsini tövsiyə edir. Baş nazir Petteri Orpo də 15 yaşdan aşağılar üçün qadağanı dəstəklədiyini bildirib və bunu “narahatedici tendensiya” adlandırıb.

İsveçdə məktəblərdə mobil telefonların qadağan edilməsi planlaşdırılır. Danimarkada isə 15 yaşdan aşağı uşaqlar üçün sosial medianın qadağan olunması və yaş təsdiqləmə sistemlərinin tətbiqi üzərində iş gedir.

Norveçdə 15 yaşdan aşağı şəxslər üçün sosial media qadağasını nəzərdə tutan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Təhsil və oyun platformalarının bu qadağadan kənarda qalması mümkündür.

Fransada Senat 15 yaşdan kiçiklərə müəyyən şərtlərlə sosial media qadağası tətbiq edən qanun layihəsini qəbul edib. Qanun platformaların istifadəçilərin yaşını yoxlamasını tələb edir.

Polşada Təhsil naziri Barbara Nowacka 16 yaşdan aşağı şagirdlərin məktəblərdə mobil telefon istifadəsinin qadağan olunacağını açıqlayıb.

Almaniyada isə “Rəqəmsal Dünyada Uşaq və Gənclərin Qorunması” komissiyası yaş məhdudiyyətləri və məktəblərdə telefon qadağası ilə bağlı təkliflər hazırlayır. Rəqəmsal işlər naziri Karsten Wildberger bu məsələdə məhdudiyyətlərə açıq olduqlarını bildirib.

İspaniyada Baş nazir Pedro Sánchez 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə çıxışının qadağan ediləcəyini açıqlayıb. Hökumət həmçinin sosial platformalarda baş verən pozuntulara görə rəhbərlərin hüquqi məsuliyyət daşımasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

Avropa ölkələri uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün sosial mediaya nəzarəti gücləndirməyə çalışır.

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
cebheinfo.az

2Источники