RU

Fişəng zavodunda PARTLAYIŞ - 23 nəfər həlak oldu

Hindistanın Tamil Nadu ştatında pirotexniki məmulatlar istehsal edən zavodda partlayış baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində ilkin məlumata görə 23 nəfər həyatını itirib.


Ştat rəsmisi N. O. Suxaputra açıqlamasında bildirib ki, hadisə nəticəsində ölənlər arasında polis və yanğınsöndürmə xidməti əməkdaşları da var.


O, həmçinin qeyd edib ki, ağır xəsarət alan 6 nəfər reanimasiya şöbəsinə yerləşdirilib və zərərçəkənlərin müalicəsi davam etdirilir.


Hindistanın Baş naziri Narendra Modi ABŞ mənşəli "X" sosial şəbəkə platformasında paylaşdığı açıqlamada həlak olanların ailələrinə başsağlığı verib.


Tamil Nadu ştatının baş naziri M. K. Stalin isə xilasetmə işlərinin sürətləndirilməsi barədə tapşırıq verdiyini bildirib.


Faktla bağlı araşdırma başlanılıb.

Избранный
30
manset.az

1Источники