RU

Uşaqları peyvənd etdirmək niyə vacibdir?

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cıilin 19–25 aprel tarixlərində ölkəmizdə “İmmunlaşdırma həftəsi”keçirilir. Bununla bağlı səhiyyə naziri müvafiq əmr imzalayıb. Əmrəəsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiyatədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalanuşaqların vaksinasiyaya cəlb olunması, əhali arasındamaarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatəsəviyyəsinin artırılması nəzərdə tutulur.

Trend xəbərverir ki, Səhiyyə Nazirliyi “İmmunlaşdırma həftəsi”nin əhəmiyyətivə peyvəndləmə ilə bağlı ən çox verilən suallara aydınlıq gətirməküçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiolojişöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyevailə müsahibəni təqdim edib.

- Gülafət xanım, “İmmunlaşdırma həftəsi”nin əsas məqsədinədir və peyvəndlərlə idarə olunan xəstəliklərhansılardır?

- “İmmunlaşdırma həftəsi” hər il aprel ayının son həftəsindəkeçirilən və əhalinin sağlamlığının qorunmasında müstəsna roloynayan bir kampaniyadır. “İmmunlaşdırma həftəsi”nin əsas məqsədicəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti,ən effektiv və təhlükəsiz üsul olduğu barədə məlumatlılığıartırmaq, insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtındavaksinasiya olunmağa təşviq etmək, peyvəndlər haqqında yayılanmiflərə elmi faktlarla cavab verməkdir.
Hər il bu mövzuya xüsusi diqqət ayrılmasının səbəbi, kollektivimmuniteti qoruyub saxlamaqla kütləvi epidemiya risklərininqarşısını almaq və qarşısı alına bilən xəstəliklər səbəbindənyaranan fəsadları minimuma endirməkdir.

Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarınıgücləndirməyə və müxtəlif səbəblərdən peyvənddən kənarda qalanuşaqları immunizasiya prosesinə cəlb etməyə xidmət edir.
Peyvəndlər vasitəsilə biz ölümlərə və əlliliyə səbəb olan bir çoxinfeksiyanın qarşısını ala bilirik. Bu qızılca, məxmərək, epidemikparotit, göyöskürək, difteriya, tetanus, poliomielit, vərəm,hepatit b, pnevmokok infeksiyası, qrip xəstəlikləridir.

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi RespublikaGigiyena və Epidemiologiya Mərkəzi, ərazi üzrə Gigiyena vəEpidemiologiya Mərkəzləri tərəfindən peyvəndlərin keyfiyyətinə vətəhlükəsizliyinə nəzarət hansı formada həyatakeçirilir?

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyədaxil olan hər bir peyvəndin Ümumdünya Səhiyyə Təşkilatınınprekvalifikasiyasına və beynəlxalq təhlükəsizlik sertifikatlarınauyğunluğuna Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və əraziüzrə Gigiyena və Epidemiologiya Mərkəzləri ciddi nəzarətedirlər.

Mərkəzin əsas funksiyası ölkə üzrə epidemioloji vəziyyətiizləmək və vaksinasiya prosesinin planlaşdırılmasına rəhbərliketməkdir. Ərazi GEM-ləri peyvəndlərin tibb müəssisələrinə vaxtındavə bərabər şəkildə çatdırılmasını təmin edirlər.

Vaksinlərin istehsalçıdan tibb məntəqəsinə qədər olan yolundatemperatur rejiminin qorunması müasir «soyuq zəncir» sistemləri vəmütəmadi aparılan monitorinqlər vasitəsilə təmin edilir.

Bu prosesin qüsursuz işləməsi üçün Səhiyyə Nazirliyi RespublikaGigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ərazi GEM-nin və tibbmüəssisələrinin cavabdeh personal heyəti mütəmadi olaraqixtisaslaşdırılmış təlimlərə cəlb olunur və onlarınmaarifləndirilməsi istiqamətində davamlı işlər aparılır.
Tibb müəssisələrindəki saxlanma şəraiti ərazi GEM-ninmütəxəssisləri tərəfindən mütəmadi monitorinq olunur, hər birflakonun yararlılığına və üzərindəki xüsusi indikatorlar vasitəsiləfərdi qaydada nəzarət edilir.
Belə kompleks nəzarət mexanizmi sayəsində vətəndaşlarımızın yalnızyüksək keyfiyyətli və tam təhlükəsiz preparatlarla təmin olunmasınaşərait yaradılır.

- Nə üçün uşaqları peyvənd etdirməkvacibdir?

- Uşaqların peyvənd edilməsi sadəcə fərdi sağlamlığınınqorunması deyil, həm də gələcək nəsillərin təhlükəsizliyi üçünatılan ən mühüm addımdır. Peyvəndlərin vacibliyini bir neçə əsassəbəblə izah etmək olar. Müasir tibb sayəsində biz artıq tarixdəmilyonlarla uşağın ölümünə və ya şikəst qalmasına səbəb olanxəstəliklərdən qorunma gücünə malikik. Məsələn, vaxtilə qorxuluyuxuya çevrilən uşaq iflici (poliomielit) peyvəndləmə sayəsindədemək olar ki, dünyadan silinmək üzrədir.

Uşaqların immun sistemi böyüklərə nisbətən daha zəif və həssasolur. Peyvəndlər orqanizmə xəstəlik törədicisini "tanıdır" və onaqarşı müdafiə hazırlayır. Beləliklə, uşaq real virus və yabakteriya ilə qarşılaşdıqda orqanizm artıq mübarizəyə hazırolur.

Cəmiyyətdə uşaqların böyük əksəriyyəti peyvənd olunduqda,xəstəliyin yayılma zənciri qırılır. Bu, peyvənd olunması tibbicəhətdən mümkün olmayan (məsələn, ağır allergiyası və ya immunçatışmazlığı olan) digər uşaqları da dolayı yolla qoruyur.

Peyvəndlə idarə olunan xəstəliklər təkcə keçici narahatlıqyaratmır, həm də qalıcı zədələr buraxa bilər. Belə ki, qızılcabeyin iltihabına və korluğa, məxmərək doğuş qüsurlarına, epidemikparotit karlığa səbəb ola bilər. Biz bu gün uşaqları peyvəndetməklə xəstəliklərin kökünü kəsirik. Əgər bir xəstəlik tamamiləyox edilərsə, gələcəkdə həmin xəstəliyə qarşı peyvənd olunmağa beləehtiyac qalmayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 14 aprel 2000-ci il №857-İQ nömrəli “Yoluxucu Xəstəliklərin İmmunoprofilaktikası”haqqında Qanunda əhalinin sağlamlığının qorunması, sanitariyasalamatlığın təmin edilməsi məqsədilə yoluxucu xəstəliklərinImmunoprofilaktika sahəsində keçirilən dövlət siyasətidir.
Əsas prinsip isə bütün vətəndaşlar üçün profilaktik peyvəndlərzəruri olmasıdır.

- Azərbaycan Respublikasında profilaktik peyvənd təqvimihaqqında məlumat verərdiniz?

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 maytarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AzərbaycanRespublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə” nin 8.14-cü və14.5-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli Sərəncamı ilətəsdiq edilmiş “2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucuxəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” nınicrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyininuşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasınıntəkmilləşdirilməsi üçün Respublikada yeni “Profilaktik peyvəndtəqvimi” nin tətbiqi barədə 23 fevral 2024-cü il tarixli3-28/3-1-63/2024 nömrəli əmrinə əsasən 2024-cü ilin 4 marttarixindən etibarən immunlaşdırma tədbirləri sözügedən təqviməuyğun həyata keçirilir.

Azərbaycan Respublikasında uşaqların profilaktik peyvənd təqvimiSəhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş dövlət proqramınaəsasən tənzimlənir. Bu təqvim uşaqların ən riskli dövrlərindəspesifik infeksiyalara qarşı immunitet qazanmasını təmin edir.Dövlət tibb müəssisələrində bu peyvəndlər ödənişsiz həyatakeçirilir.

Peyvənd günü uşaq mütləq pediatr tərəfindən müayinə olunmalı,hərarəti ölçülməlidir. Uşaq tam sağlam olduqda peyvənd olunur. Əgərhər hansı bir səbəbdən peyvənd vaxtı keçibsə, sıfırdan başlamağaehtiyac yoxdur. Həkimlə məsləhətləşib peyvəndləməyə fərdi cədvəlüzrə davam oluna bilər. Peyvənddən sonra yüngül qızdırma və yainyeksiya yerində şişkinlik ola bilər. Bu, immunitetinformalaşdığını göstərən normal əlamətdir.

- Vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələrpeyvənd olunmalıdırmı?

- Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmışmüddətdən asılı olmayaraq immun müdafiəni bərpa etmək mümkündür.Peyvənd qrafikində yaranan boşluğu doldurmaq üçün ilk növbədə sahəpediatrı ilə məsləhətləşərək uşağın yaşına uyğun fərdi bərpa planıtərtib edilməlidir.

Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır,sadəcə qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildətamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiəsəviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti iləoptimallaşdırıla bilər.

Hər bir peyvənddən öncə övladınız həkim tərəfindən fərdi qaydadamüayinə olunur və yalnız onun tam sağlamlığına əmin olduqdan sonrapeyvənd qərarı verilir.

Odur ki, əsassız qorxulara deyil, mütəxəssis rəyinə güvənərəkövladınızı vaxtında qorumağa tələsin.

Unutmayın ki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucuxəstəliklərə yoluxmaqdan, onların ağır fəsadlarından, əlillikdən vəölümdən qorumağın ən etibarlı yoludur.

Peyvəndlənməmiş hər bir uşaq daim risk altındadır.Övladlarımızın gələcəyini sağlam görmək istəyiriksə, onlarıvaxtında peyvənd etdirək.

- Son illər profilaktik peyvənd təqviminintəkmilləşdirilməsi sahəsində hansı işlər görülür?

- Azərbaycanda uşaqların sağlamlığını qorumaq üçün SəhiyyəNazirliyi tərəfindən təsdiqlənmiş Profilaktik peyvənd təqvimitətbiq edilir ki, bura 11 yoluxucu xəstəliyə qarşı ---Hepatit B,Vərəm, Difteriya, Göyöskürək və Tetanus, Poliomielit, B tiplihemofil infeksiya, Pnevmokok infeksiyaları, Qızılca, Epidemikparotit və Məxmərək əleyhinə peyvəndlər daxildir.
Belə ki, son illər ölkəyə bir inyeksiya ilə bir neçə xəstəliyinqarşısının alınmasına dair vaksinlər gətirilib. Buna misal olaraq 6komponentli Heksavaksin vaksinini, 3 komponentli Qızılca, Epidemikparotit və Məxmərək əleyhinə vaksinini və s. qeyd etmək olar.
Bundan əlavə çox dozalı vaksinlərin yerinə tədricən tək dozalıvaksinlərin ölkəyə gətirilməsi də təmin edilib.
Peyvənd statusunuzu yoxlamaq və lazım olan dozaları almaq üçünyaşadığınız ərazi üzrə tibb müəssisəsinə sahə və ya ailə həkiminizəmüraciət edə bilərsiniz.

- Vaksinasiyanın üstünlükləri və mümkün risklərihaqqında valideynlərə hansı tövsiyələri verərdiniz?

- Peyvənd insanı təhlükəli bakteriya və viruslardan qorumağakömək edən xüsusi hazırlanmış immunobioloji preparatdır.Peyvəndlərin tərkibinə spesifik immun (qoruma) cavabı yaradankomponent və əlavə maddələr daxildir. Peyvəndləmə insanlarıxəstəliklərə yoluxmaqdan, yoluxduqda isə müəyyən ağırlaşmalardan,əlillikdən və ölümdən qoruyur.

Peyvəndləri vurdurmaq həm fərdi, həm də cəmiyyət səviyyəsindəağır gedişli yoluxucu xəstəliklərin qarşısını alır. Peyvənd olunmuşinsanlarda xəstəliklərə yoluxma baş vermir, xəstəliyə yoluxsa beləyüngül keçirir. Bir çox peyvənd insanda illərlə, bəzən isə ömürlükimmunitet yaradır. Ölkə üzrə əhalinin peyvəndlə əhatəsinin yüksəksəviyyədə olunması yoluxucu xəstəliklərin yayılmasının qarşısıalınır və bu da xəstəliklərin elminasiyasına (ləğvinə) vəeradikasiyasına (kökünün kəsilməsinə) səbəb olur.

- Profilaktik olaraq uşaqlara hansı yaş dövründəpeyvəndləmə aparılır?

- Profilaktik peyvənd təqviminə əsasən doğum evindəyenidoğulmuşlara 12 saat ərzində Hepatit B əleyhinə Hepatit Bvaksini və vərəm əleyhinə BCG vaksini edilir.

Bundan əlavə, 2 aylıqda 6 komponentli Heksaksim və Pnevmokokvaksini, 3 aylıqda 6 komponentli Heksaksim, 4 aylıqda 6 komponentliHeksaksim və Pnevmokok, 6 aylıqda Pnevmokok və OPV (poliomielitəleyhinə), 1 və 6 yaşda QPM (qızılca, epidemik parotit və məxmərəkəleyhinə), 18 aylıqda GDT (difteriya, göyöskürək və tetanusəleyhinə), 6 yaşda DT (difteriya və tetanus əleyhinə) vaksini iləəhatə olunurlar. Qeyd edim ki, vaxtında peyvənd almayan gecikmişuşaqlara da müvafiq təlimata uyğun olaraq peyvəndlər tətbiqedilir.

Yuxarı yaşlı şəxslərin vaksinasiyası həm planlı, həm də mövsümivə ya epidemik göstərişlər əsasında aparılır.

.

Uşaqları
Избранный
48
6
az.trend.az

7Источники