RU

Kevin Hamilton Suren Papikyanla NATO və Ermənistan əməkdaşlığını müzakirə edib

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Ermənistanda səfərdədir.

Bu barədə "Report" Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər zamanı Hamilton ölkənin müdafiə naziri Suren Papikyanla görüş keçirib. Nazir Hamiltonu vəzifəyə başlaması münasibətilə təbrik edib.

"Görüşdə tərəflər Ermənistan-NATO əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair məsələləri müzakirə edib, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar", - məlumatda qeyd olunub.

Избранный
51
far.az

1Источники