RU

Beyləqanda suvarma ilə bağlı tədbirlər görülür Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən il Beyləqan rayonu respublika üzrə pambıq məhsuldarlığı göstəricisinə görə 1-ci yeri təmin edib.​

“Qafqazinfo” xəbər verir ki, bu uğurların davamlılığının təmin olunması, xüsusilə yaz-yay suvarma mövsümündə əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.

Məhz bu məqsədlə rayon ərazisində suvarma infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirilir.

Beyləqan RİH-in də dəstəyi ilə Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kənd və qəsəbələrdə suvarma kanalları və arxlar lil, qamış, kol-kos və digər maneələrdən təmizlənir, çay məcralarının bərpası istiqamətində zəruri işlər görülür.

Görülən bu tədbirlər nəticəsində su arxlarının ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılır, su itkilərinin qarşısı alınır və əkin sahələrinin vaxtında, keyfiyyətlə suvarılması təmin edilir. Bu isə mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın daha da yüksəlməsinə zəmin yaradır.

Beyləqanda həyata keçirilən bu cür məqsədyönlü işlər rayonun aqrar potensialının gücləndirilməsinə və fermerlərin rifahının yaxşılaşmasına mühüm töhfə verir.

Rayon fermerləri kənd təsərrüfatına göstərilən diqqət və qayğıya, xüsusilə su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə öz minnətdarlıqlarını bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
qafqazinfo.az

2Источники