RU

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqkokda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının kənd təsərrüfatı inkişafı, sosial təminat və icmanın gücləndirilməsi naziri Upali Pannilac ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan artan münasibətləri yüksək qiymətləndirib və müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək imkanlarını müzakirə ediblər.

Şri-Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma görə dərin minnətdarlığını ifadə edib.

İqtisadi əlaqələrin gücləndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına xüsusi diqqət yetirilib. Turizmin daha geniş əməkdaşlıq üçün bir hərəkətverici qüvvə kimi potensialı vurğulanıb. Bundan əlavə, görüş zamanı Şri-Lanka vətəndaşları üçün təqaüd imkanları diqqətə çatdırılıb.

Tərəflər Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr mexanizmindən istifadənin, eləcə də çoxtərəfli platformalar çərçivəsində səylərin əlaqələndirilməsinin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verəcəyini bildiriblər.

Избранный
16
3
azertag.az

4Источники