RU

Vəkillərüçün daha bir təlim keçirilib

Vəkillərə "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı hüquqi məsələlərdə vəkillərin rolu" mövzusunda təlim keçirilib
Cari il aprel ayının 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı hüquqi məsələlərdə vəkillərin rolu" mövzusunda hibrid formada təlim keçirilib. Kollegiyadan "Olaylar"a bildirilib ki,  bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.
Əvvəlcə iştirakçılara mövzu üzrə müvafiq təlim proqramı və cavablandırılması tələb olunan təlim sualları, həmçinin stolüstü oxu materialları paylanılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Aytən Abbasova qeyri-kommersiya qurumlarının hüquqi statusunun müəyyən edilməsi mexanizmləri, hüquqi şəxslərin təşkilati-hüquqi formalarının müqayisəli təhlili, qeydiyyatdan imtina hallarının hüquqi əsaslandırılması və mübahisələndirilməsi yolları, o cümlədən qeyri-kommersiya qurumlarının cari fəaliyyətinin hüquqi tənzimlənməsi istiqamətləri barədə geniş çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники