RU

"AccessBank" “VIP Club” məhsulunu “Private Banking” məhsuluna çevirib - QİYMƏTLƏR

"AccessBank" böyük maraq olduğu üçün  “VIP Club” məhsulunu “Private Banking” məhsuluna çevirmək barədə qərar qəbul edib.

Marja.az xəbər verir ki, bunu yenilənmiş məhsul ilə əlaqədar keçirilən mətbuat konfransında İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.

Məhsuln yaradılması ideyasını rəhbərliyə AccessBank-da 15 ildir çalışan, Xətai filialının rəhbəri Vüsalə Quliyeva təklif edib.

““Private Banking”də təkcə bank xidmətləri təklif etmirik - müştərilərə investisiya, sığorta, turizim, daşınmaz əmlakın alınması, xaricdə təhsil xidmətlərinin təşkilini də təklif edirik, xüsusi endirimlər veririk. Bu xidmətə qoşulan hər bir iş adamının şəxsi (fərdi) meneceri olur. İş adamının filiala gəlməsinə ehtiyac yoxdur, fərdi meneceri 7/24 ona Vatsap üzərindən xidmət göstərir. Bank işlərindən əlavə, müştərinin ehtiyacı olarsa, məsələn, ona biletin, vizanın alınması daxil səyahətin təşkil edilməsi xidmətlərini də həyata keçiririk. İnvestisiya şirkətlərindən biri ilə (ABB-İnvest) əməkdaşlığa başlamışıq. İş adamının vəsaitlərinin idarə olunması xidmətini də təşkil edə bilirik“, - Vüsalə Quliyeva bildirib.

“Private Banking” xidmətinə qoşulmaq üçün "AccessBank"ın müştərisi olmaq lazımdır. Müştəri müxtəlif göstəricilər üzrə qiymətləndirilir, onun “Private Banking” xidmətinə uyğun olub-olmadığı bardə qərar verilir.

“Private Banking” məhsulu üzrə standard paketin qiyməti 250 manat, VİP paketinin qiyməti isə 450 manatdır.

Hazırda xidmət üzrə müştəri sayı 1000-i keçib.

Gələcəkdə ayrıca “Private Banking” filialının açılması da nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Избранный
2
6
marja.az

8Источники