Bu il Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) maliyyələşdirmə məsələlərinə həsr olunacaq.
"Far.Az"un verdiyi məlumata görə, bunu Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum "Reuters"ə müsahibəsində bildirib.
O qeyd edib ki, konfransın əsas mövzularından biri əvvəlki konfranslarda qəbul edilmiş təşəbbüslərin həyata keçirilməsi olacaq.
Kurum maliyyələşdirmənin ən vacib məsələ olduğunu qeyd edib: inkişaf etməkdə olan ölkələrin iqlim hədəflərinə nail olmaq üçün təxminən 1 trilyon ABŞ dollarına ehtiyacı olacaq. O əlavə edib ki, müharibələrin və təhlükəsizlik böhranlarının qlobal gündəmdə üstün olduğu şəraitdə ictimaiyyətin iqlim siyasəti barədə məlumatlılığı artırılmalıdır.
"Əvvəlki bütün COP-larda mühüm qərarlar qəbul edilib. Biz onların icrasını izləyəcəyik, lakin vacib olan onların reallaşdırılmasıdır. Dünya bizdən hərəkətə keçməyimizi gözləyir", - Kurum deyib.