RU

Yasamalın bir hissəsində qaz kəsilib

Bu gün saat 12:30-dan etibarədən Bakının Yasamal rayonunun bir hissəsində qaz kəsilib.

Bu barədə Ölkə.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu rayonun A.Şaiq küçəsində söküntü işləri ilə əlaqədar qaz xətlərinin yerinin dəyişməsi məqsədilə Z.Adıgözəlov, M.Muxtarov, Zərgərpalan, Ə.Hüseynzadə, A.Şaiq küçələrinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Избранный
18
14
olke.az

10Источники