RU

Bayram Yusifov türkiyəli iş adamını necə aldadıb? – DETALLAR (Video)

“Massimo Group MMC” şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun ona borclu olduğunu və borcunu vermədiyini iddia edib.

Tribuna.az xəbər verir ki, şirkət rəhbəri N.Köse bu barədə şirkətin sosial şəbəkə hesablarında video paylaşıb. O bildirib ki, Bayram Yusifov və xanımı ona mebel sifariş edib, mebel hazırlanıb və təhsil verilib, lakin B.Yusifov sifarişin pulunu ödəməyib.
Şikayətçi bildirib ki, onlar sifarişi qəbul etməzdən əvvəl qiymət barədə danışılıb və qərara gəlinib. Şirkət sifarişə başlamaq üçün əvvəlcədən müəyyən məbləğ istəsə də, B.Yusifov mebel təhvil veriləndən sonra ödənişi tam ödəyəcəyini bildirib. Lakin sifariş təhvil verilsə də, B.Yusifov müəyyən müddət ödənişi gecikdirib, daha sonra isə iş adamı Necib Köşəyə heç bir ödəniş etməyəcəyini bildirib.
İş adamının sözügedən videosunu təqdim edirik:

Избранный
38
yenilik.az

1Источники