RU

Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur - Vüqar Rəhimzadə

Bakı. Trend:

Sosial şəbəkələrdə və digər internet resurslarında cəmiyyətə,dövlətə və dövlət strukturlarına qarşı açıq təhqir və aqressivçağırışlar artıq Vətən xainləri üçün adət halını alıb. Bu xainlərinəsl siması Azərbaycan xalqına çox yaxşı bəllidir. Xalqımız dövlətə,xalqa qarşı müxalifətdə olmağın, dövlətçilik əleyhinə fəaliyyətinacı nəticələrini 90-cı illərin əvvəllərində yaşadı. 1992-ci ildəbədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti güc yolu ilə zəbtetməsindən sonra ölkəmizdə vəziyyət daha da ağırlaşaraq faciəvimərhələyə qədəm qoydu. Satqın, dönük, rəzil AXC-Müsavat hakimiyyətiAzərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi iləüz-üzə qoydu. Ölkədə vətəndaş müharibəsi başladı, respublika dərinböhrana sürükləndi. Belə bir şəraitdə Azərbaycan artıq dünyanınsiyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq,korrupsiya, rüşvət geniş vüsət alırdı. Azərbaycan xalqı bu rəzil,xəyanətkar, səriştəsiz dəstənin bir illik hakimiyyətini tariximizinqaranlıq səhifəsi kimi xatırlayır. Azərbaycan o illərdə “olum, yaölüm” dilemması qarşısında qalmışdı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın sınağa çəkildiyi oçətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, xalqı vəölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Dövlətbaşçısı İlham Əliyev çıxışlarında həmin dövrün reallıqlarındangeniş bəhs edərək bildirir ki, ölkə tamamilə idarəolunmazvəziyyətdə idi. Bütün vəzifələrə rüşvət müqabilində təsadüfiinsanlar təyin edilirdi. Kim idarə edirdi Azərbaycanı, hansı əxlaq,hansı bilik sahibləri? Ölkə Prezidenti bu çağırışı da edir ki, odövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyinbahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə bizborcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu günAzərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlətkimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixibilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəmtəməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, radikalların, o cümlədənxaricdəki “söyüş müxalifəti”nin anti-Azərbaycan dairələrinsifarişlərini yerinə yetirməsi, anti-milli fəaliyyəti, milli-mənəvidəyərlərimizə qənim kəsilməsi ictimaiyyətdə qəzəb, nifrət doğurur.Reallıq budur ki, dövlətə, milli maraqlara qarşı yönələn dağıdıcı,radikal və destruktiv davranışlar anti-Azərbaycan dairələrin,müstəqil siyasətimizi həzm edə bilməyənlərin tezislərinə əsaslanır.Dövlətimizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu,qlobal siyasi proseslərə genişlənən təsir imkanları bəzi dairələrinarahat edir, onların siyasi qısqanclıq hissini daha da artırır.Dövlətimizin güclənməsi, bütün platformalarda milli maraqlarımızınyüksək səviyyədə müdafiə olunması həmin dairələrin dərhal sosialşəbəkələrdə “söyüş müxalifəti” alətini işə salmasına səbəbolur.

Vüqar Rəhimzadə vurğulayıb ki, müasir beynəlxalq münasibətlərsistemində Azərbaycanın artan rolu onun strateji mövqeyi vədüşünülmüş siyasi kursunun məntiqi nəticəsidir. Yeni dünyanizamının formalaşdığı bir dövrdə Azərbaycan regional aktordan dahageniş miqyasda təsir imkanlarına malik ölkəyə çevrilib. Daimədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütünmünaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll edilməsinəsəy göstərir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsison illərdə keçirilən beynəlxalq tədbirlərdə təqdir edilir, nümunəgöstərilir. Bu isə dövlətimizin başçısının gündən-günə artanbeynəlxalq nüfuzunun, Ona olan böyük etimadın göstəricisi olmaqlayanaşı, Azərbaycanın qlobal siyasətdə mövqeyini daha damöhkəmləndirməsinin, regionda lider ölkə kimi rolunu daha dagücləndirməsinin təsdiqidir. Azərbaycan Cənubi Qafqazda strateji vəgeosiyasi baxımdan vacib ölkədir. Enerji resursları və nəqliyyatdəhlizləri baxımından əhəmiyyətli rol oynayan Azərbaycan daimmötəbər beynəlxalq tədbirlərdə diqqət mərkəzində olur.

Millət vəkili bildirib ki, amma Azərbaycanın bu uğurlarındannarahat olan dairələr dərhal “söyüş müxalifəti”ni işə salaraqdövlətimizin güclənməsi və suverenliyinə qarşı yalan, böhtankampaniyasına start verirlər. Bu antimilli ünsürlər tarixiZəfərimizə, dövlətimizin qlobal miqyasda əldə etdiyi uğurlara kölgəsalmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq,insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaqüçün dəridən-qabıqdan çıxırlar. Əxlaqi-mənəvi deqradasiyayauğrayan, milli hissiyyatını itirən, öz xalqına, Vətəninədüşmənçilik edən bu nankorlar, əqidəsizlər sosial şəbəkələrdəfəallaşaraq cəfəngiyyat, qarayaxma, xəyanətkarlıqla məşğuldurlar.Xalqımıza qarşı düşmənçilik yolunu tutan, xəyanət simvolunaçevrilən, ailə dəyərlərindən, mənəvi-əxlaqı dəyərlərdən uzaq olanbu antimilli ünsürlərin qarayaxmaları heç bir nəticə verməyəcək.Əksinə, xalqın əxlaqi dəyərlərdən uzaq olan bu siyasi qullaranifrəti getdikcə daha da artır. Dağıdıcı təfəkkürə malik olan bumənəviyyatsızların sosial şəbəkələrdən yalan, böhtan üçün istifadəetmələri xalqımız, cəmiyyətimiz tərəfindən ciddi narazılıq vəetirazla qarşılanır.

Vətən müharibəsində şanlı Qələbəsi ilə tarix yazan Azərbaycan bugün özünün ən güclü, qüdrətli dövrünü yaşayır. Azərbaycanınmöhtəşəm uğurlarını həzm edə bilməyən daxili və xaricibədxahlarımızın yuxusunu ərşə çəkən də bax, bu reallıqlardır.Azərbaycana qarşı yazılan bu cür çirkin ssenarilər həmin ünsürlərinkimliyinə, simasızlıqlarına hər gün yeni əlavəni edir. Əlləri hərzaman xarici dəstəkçilərinin cibində olan ləyaqətsiz antimilliünsürlər qanun, ədalət qarşısında cavab verməli olacaqlar.Ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, əldə olunan bütünuğurların əsasıdır. Azərbaycan güclü Liderinin və düşünülmüş,məqsədyönlü siyasətin nəticəsində daim zirvələri fəth edəcək.Güclü, qüdrətli, qalib Azərbaycan qürur mənbəyimizdir!

Избранный
2
7
az.trend.az

8Источники