RU

İslam Abbasov və Beka Kandelaki Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

Albaniyanın paytaxtı Tiranada bu gün start götürən güləş üzrə Avropa çempionatında Azərbaycanın 2 yunan-Roma güləşçisi yaımfinala adlayıb.

"Report", xəbər verir ki, Rəşad Məmmədov (55 kq) 1/4 finalda Emin Səfərşayevə (UWW) məğlub olub.

Ziya Babaşov (63 kq) 1/4 finalda Kerem Kamala (Türkiyə) məğlub olub.

Sənan Süleymanov (77 kq) ilk qarşılaşmasında Şuai Məmmədovu (UWW) üstələsə də, 1/4 finalda macarıstanlı Robert Fritsşə uduzub.

İslam Abbasov (87 kq) polşalı Arkadiuş Kuliniçə qalib gələrək 1/4 finala yüksəlib. Azərbaycan güləşçisi bu mərhələdə Norveç təmsilçisi Eksos Mukubunu da üstələyərək adını yarımfinala yazdırıb.

Beka Kandelaki (130 kq) isə startda yerli idmançı Qriseldi Kodrunu (Albaniya) məğlub edib. O, 1/4 finalda almaniyalı Yello Krameri də üstələyərək yarımfinala adlayıb.

Избранный
20
4
far.az

7Источники