RU

Bayram Yusifov türkiyəli iş adamının ittihamlarına cavab verdi: "Klassik şantaj metodudur"

"Massimo Group MMC" şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovdan şikayətçidir.

N.Köse bu barədə şirkətin sosial şəbəkə hesablarında video paylaşaraq, Bayram Yusifovun ona külli miqdarda borcunun olduğunu bildirib.

Məsələ ilə bağlı  "Sitat.info" ya danışan Ağsaqqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirdi ki, türkiyəli iş adamı onu şantaj edir:

"Onun çıxışlarına diqqətlə qulaq asın, klassik şantaj metodudur. Mən ondan 55 min manatlıq mebel almışam, qəbzlərim də əlimdədir. Sonradan digər otaqlarımı da onlara həvalə elədim, ancaq bildirdim ki, Türkiyə istehsalı olan mebellər olsun. Mebelləri gətirəndə də dedim ki, bu türkiyə istehsalı deyil axı..Özü də dedi ki, nə zaman xoşuna gəlməsə, geri götürəcəm. 

Mən də bildirdim ki, o zaman bu işinə qiymət çıxart. Bu proses uzandı, qiymət çıxartmadı. Bu zaman mən mebel eksperti dəvət elədim ki, qiymət çıxartsın.
Bazar qiyməti ilə 49 min manat təlif elədim, razı olmadı. Bildirdik ki, ya mebelini geri götür, ya da real bazar qiymətinə məhkəmə ekspert təyin etsin ki, o qiymətlə razılaşaq. Razı olmadığına görə də məhkəməyə verib".

B.Yusifov bildirdi ki, şərəf və ləyaqətini təhqir etidiyinə görə, iş adamını məhkməyə verib:

"Biz onu məhkməyə vermişik. Ayın 29-da Səbaildə məhkəmə olacaq. Eyni zamanda mənim şərəf və ləyaqətimi təhqir etdiyinə görə onu başqa bir məhkəməyə verəcəm 

Məni şantaj edir ki, guya villamın 25 milyon qiyməti var. Mebeli düzəldikcə deyirdim ki, qiymət desin. Ancaq hər dəfə narahat olmamağımı, mən nə desəm o qiymətlə razılaşacağını deyirdi. Dəfələrəl tələb elədim. Üstəgəl demişdi ki, mebelləri Türkiyədən gətirəcək".

Məğrur,

Sitat.info

Избранный
38
1
sitat.info

2Источники