RU

Ata 7 uşağını və arvadını ÖLDÜRDÜ

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində bir kişi iki evdə atəş açaraq 3 ilə 11 yaş arası səkkiz uşağı - üç oğlan və beş qızı öldürüb. 

Şübhəlinin həyat yoldaşı və ya sevgilisi olduğu düşünülən bir qadın ağır yaralanıb. 

“Cebheinfo.az” xəbər verir ki, polis hadisəni məişət zorakılığı kimi təsnif edir.

Şübhəli Şamar Elkins əvvəlcə Harrison küçəsində bir qadını güllələyib, sonra bütün uşaqların öldürüldüyü Qərbi 79-cu küçədəki bir evə gedib. Onlardan yeddisi öz övladı, səkkizincisi isə qardaşı oğlu olub. Hücumdan sonra Elkins bir maşın oğurlayıb və polis tərəfindən güllələnib.

"Sadəcə nə deyəcəyimi bilmirəm. Ürəyim parçalanıb. Bunun necə baş verdiyini təsəvvür edə bilmirəm", - Şrivport polis rəisi Ueyn Smit jurnalistlərə bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
cebheinfo.az

2Источники