RU

Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Aprelin 9-10-da müntəzəm çempionatda sonuncudan əvvəlki - 37-ci turun oyunları keçirildi. Türkiyə klubları hesabat turunda fərqli nəticə göstərdi. Evdə “Real”a uduzan “Fənərbaxça”nın məğlubiyyət seriyası 5 oyuna çatdı. “Efes” isə ardıcıl 2-ci oyunda qələbə qazandı.Son tur ərəfəsində 4 komanda artıq növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Bunlar ilk 4 pillədə qərarlaşan “Olimpiakos”, “Valensiya”, “Real” və “Fənərbaxça”dı. Xatırladaq ki, ilk 6 komanda birbaşa növbəti mərhələyə adlayır, 7-10-cu yeri tutanlar isə pley-in oyunlarında daha iki qalibi müəyyənləşdirir.Hapoel T-Ə (İsrail) – Olimpiakos (Yunanıstan) 85:89 (18:22, 30:29, 19:22, 18:16)Fənərbaxça (Türkiyə) – Real (İspaniya) 69:74 (21:19, 13:21, 24:14, 11:20)Milan (İtaliya) – Bavariya (Almaniya) 84:94 (20:20, 14:32, 21:22, 29:20)Valensiya (İspaniya) – Panatinaikos (Yunanıstan) 102:84 (27:23, 29:24, 26:22, 20:15)Paris (Fransa) – Makkbi T-Ə (İsrail) 113:80 (41:24, 20:14, 32:20, 20:22)Dubay (BƏƏ) – Efes (Türkiyə) 69:85 (20:24, 13:27, 21:13, 15:21)Monako (Fransa) – Barselona (İspaniya) 93:86 (18:26, 28:18, 26:23, 21:19)ASVEL (Fransa) – Srvena Zvezda (Serbiya) 93:106 (26:26, 17:29, 28:19, 22:32)Virtus B (İtaliya) – Baskoniya (İspaniya) 72:82 (21:28, 18:16, 14:13, 19:25)Partizan (Serbiya) – Jalgiris (Litva) 74:83 (22:26, 19:22, 16:15, 17:20)30-cu turdan təxirə salınan oyun: Makkabi T-Ə – Hapoel T-Ə 88:99 (14:26, 27:26, 25:21, 22:26)Xal durumu: Olimpiakos - 62, Valensiya - 61, Real, Hapoel T-Ə, Fənərbaxça - 60, Jalgiris – 59, Monako, Srvena Zvezda, Panatinaikos - 58, Barselona – 57, Dubay – 56, Makkabi T-Ə - 55, Milan, Bavariya - 54, Paris, Partizan – 52, Baskoniya, Virtus B – 50, Efes – 49, ASVEL – 45.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
icma.az

2Источники