RU

İlon Mask istintaqa cəlb olundu

Fransa məhkəmə orqanları ABŞ mərkəzli sosial media şirkəti “X” ilə bağlı Paris şəhərində aparılan istintaq çərçivəsində şirkətin sahibi İlon Maskı ifadə verməyə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, alqoritmlərin xarici müdaxilələrə imkan verəcək şəkildə dəyişdirilməsi, insanlığa qarşı cinayətlər və uşaq istismarına dair məzmunların yayılması kimi iddialarla bağlı açılan istintaqda yeni mərhələ başlayıb.

Paris Prokurorluğu 2025-ci ildə başladılan araşdırma çərçivəsində İlon Maskın bu gün ifadəyə çağırıldığını, hadisələr zamanı rəhbər vəzifədə olan Linda Yaccarinonun isə 24 aprel tarixinə dəvət edildiyini açıqlayıb.

Prokurorluq bildirib ki, İlon Maskın ifadə verməyə gəlməməsi istintaqın gedişinə təsir göstərməyəcək. Eric Bothorelin 2025-ci ildə müxtəlif şikayətlər əsasında X platforması ilə bağlı müraciət etməsindən sonra Paris Prokurorluğu şirkət haqqında araşdırma başladıb. İstintaq çərçivəsində 2026-cı ilin fevral ayında X-in Paris ofisində axtarış aparılıb və bu addım İlon Mask tərəfindən tənqid olunub.

Избранный
6
1
cebheinfo.az

2Источники