Kosovo hökuməti İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Publika.az xəbər verir ki, bu barədə Kosovonun baş naziri Albin Kurti bəyanat yayıb.
Onun sözlərinə görə, SEPAH-ı terror təşkilatı elan etmək qərarı Kosovo hökumətinin kabinet iclasında müzakirə edilib.
“SEPAH terrorizmdən və mütəşəkkil zorakılıqdan xarici siyasət vasitəsi kimi istifadə edən və qlobal qeyri-sabitlik yaradan bir təşkilat kimi müəyyən edilib. Bu qərarla Kosovo beynəlxalq təhlükəsizliyin, demokratik dəyərlərin və insan hüquqlarının qorunması mövqeyini gücləndirir”, - baş nazir bildirib.
Kurti vurğulayıb ki, bu qərarla ölkəsi terrorizmə qarşı birgə mübarizədə strateji müttəfiqlərinə dəstəyini açıq şəkildə nümayiş etdirir. Təklif kabinet üzvləri tərəfindən səsvermədə yekdilliklə təsdiqlənib.