RU

Aprelin 23-də qaz kəsiləcək -

Aprelin 23-də saat 10:00-da Masallı rayonunun Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 100-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.Metbuat.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması Masallı rayonu Türkoba kəndində yeni inşa olunmuş ortatəzyiqli daşıyıcı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.

Qeyd edilib ki, işlər yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Избранный
12
4
metbuat.az

9Источники