RU

ADU nun Müasir Dünyada Yeri

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müxtəlif xarici dillərin öyrənilməsi fərdin dünya görüşünün genişlənməsinə, həmin dillərin daşıdığı tarixi, mədəni və sosial xüsusiyyətlərin mənimsənilməsinə şərait yaradır. 

Bu proses fərdi beynəlxalq mühitə inteqrasiya etməklə yanaşı, dillərarası kommunikasiya imkanlarını da genişləndirir. Bu baxımdan dil əsas kommunikasiya vasitəsi kimi çıxış edir.

Azərbaycan Dillər Universiteti fəaliyyətə başladığı dövrdən etibarən ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri kimi formalaşmış, hər dövrün tələblərinə uyğun inkişaf edərək nüfuzunu qoruyub saxlamışdır. 

Universitet qloballaşan cəmiyyətin ehtiyaclarına cavab verən müasir təhsil modeli əsasında yüksək ixtisaslı dil mütəxəssislərinin hazırlanmasına xidmət edib və bu xidməti yüksək səviyyədə davam etdirir.

Əvvəlki dövrlərdə məhdud sayda xarici dillərin tədrisi ilə fəaliyyətə başlayan Azərbaycan Dillər Universiteti, hazırda dil spektrini genişləndirərək beynəlxalq əməkdaşlığı gücləndirmiş və müxtəlif ölkələri təmsil edən mərkəzlər yaratmışdır. 

Tədrisini həyata keçirmək üçün xarici dillərin sayının artması qloballaşan dünyaya inteqrasiyanı sürətləndirməklə yanaşı, dilçilik sahəsində dərin elmi biliklərin əldə olunmasına və universitetin beynəlxalq akademik məkana daha sıx bağlanmasına şərait yaradır.

Azərbaycan Dillər Universitetində müasir dillərin tədrisi qabaqcıl tədris modelləri əsasında həyata keçirilir və bu yanaşma tələbələrdə analitik düşüncə ilə yanaşı, mədəniyyətlərarası ünsiyyət bacarıqlarının formalaşmasına xidmət edir. 

Nəticə etibarilə, məzunlar əmək bazarının tələblərinə uyğun hazırlıq səviyyəsi ilə fərqlənir və peşə fəaliyyətinə operativ şəkildə inteqrasiya olunurlar.

Azərbaycan Dillər Universitetində elmi potensialın gücləndirilməsi son illərdə mühüm inkişaf dinamikası ilə özünü göstərir. Yerli və beynəlxalq konfrans, forum və görüşlərin təşkili, həmçinin professor-müəllim heyətinin bu və ya digər platformalarda elmi-tədqiqat fəaliyyəti universitetin akademik uğurlarının əsas amillərindən biri kimi çıxış edir.

Odur ki, Azərbaycan Dillər Universiteti (ADU) son zamanlar beynəlxalq akademik mühitdə öz mövqeyini daha da nəzərə çarpacaq səviyyədə göstərir. QS World University Rankings-in ən son nəticələrinə görə universitet “Müasir dillər” ixtisası üzrə 151–200 aralığında qərarlaşıb, “Linqvistika” sahəsində isə ilk dəfə olaraq 251–300 mövqeyinə yüksəlib. 

Bu göstəricilər ADU-nun həm elmi-tədqiqat fəaliyyətinin, həm də beynəlxalq elmi əməkdaşlıq imkanlarının fəal inkişaf etdiyini açıq şəkildə göstərir.

Unutmuruq ki, təhsil müəssilərinin böyük uğurları Ulu Öndər Heydər Əliyevin vaxtılə təhsilə verdiyi dəyərdən irəli gəlir. O deyirdi, “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır və xalq hər zaman öz ziyalıları, öz mədəniyəti, öz elmilə tanınır”. 

Bu gün müasir Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev Ulu Öndərin qoyduğu siyasəti dövrün çağrışlarına uyğun olaraq uğurla davam etdirir və inkişaf etdirir.

Azərbaycan Dillər Universitetinin yeni uğurlar qazanması bir başa olaraq onun rəhbərinin adı ilə bağlıdır – Kamal Abdulla. Akademik Kamal Abdullanın universitetin inkişafı üçün həyata keçirdiyi islahatlar, beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil etdiyi görüşlər, konfranslar və forumlar yeni nailiyyətlərin qazanılmasına, elmi-tədris mühitinin keyfiyyətcə yüksəldilməsinə və ali təhsil müəssisəsinin qlobal akademik məkanda istiqamətinin müəyyənləşməsinə xidmət edir.

ADU-nun Filologiya fakültəsinin dekanı,

fil.f.d., dosent Aynur Muxtar qızı Budaqova

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
cebheinfo.az

2Источники