RU

Ulduz aktyorlar yeni türk serialına çağırıldı

TRT-nin rəqəmsal platforması olan "tabii" daha bir iddialı istehsala imza atmağa hazırlaşır. Milli Müdafiə NazirliyiHərbi Dəniz Qüvvələri Komandanlığının dəstəyi ilə ərsəyə gətirilən "Operasyon Alesta" serialı hərbi dram janrında yeni bir mərhələ açacaq.

Ölkə.Az xəbər verir ki, "Üs Yapım" tərəfindən Süreyya Önalın prodüserliyi ilə hazırlanan serial cəmi 10 bölümdən ibarət olacaq. Rejissor kürsüsündə Yunus Ozan Korkutun əyləşdiyi layihə Türkiyə Hərbi Dəniz Qüvvələrinin qüdrətini və dənizçilərin çətin fəaliyyətini ekrana daşıyacaq.

Ulduz heyət və yeni transfer

Serialın aktyor heyətinə son olaraq tanınmış sima — Mehmet Bozdoğan qoşulub. "Sahipsizler" serialındakı "Yavuz" obrazı ilə yadda qalan aktyor, bu layihədə gəminin baş giziri (kıdemli astsubay) İsmail Kılıç xarakterini canlandıracaq.

Serialın digər baş rollarında isə bu adlar yer alır:

  • Cem Bender: Dəniz qərargah polkovniki (kurmay albay) Levent Yıldırım;

  • Aslıhan Güner: Polkovnik Hayrettin Varnalının qızı Beren;

  • Onur Seyit Yaran: SAT komandosu Arda Boran;

  • Meltem Akçöl: "TRT World"ün təcrübəli müxbiri Nehir Bozdoğan;

  • Fırat Çelik: Julian obrazında;

  • Ersin Arıcı: Tim komandiri, kapitan (yüzbaşı) Murat.

Çəkilişlərinə bu həftə ərzində başlanması planlanan "Operasyon Alesta"nın həm ssenarisi, həm də vizual effektləri ilə rəqəmsal platformalarda böyük maraq doğuracağı gözlənilir.

Избранный
17
1
olke.az

2Источники