Bakı.Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesinİnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu birgəstartaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edir.
Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrdən yüksəkpotensiallı startapların innovativ ideyalarını nümayiş etdirməsinədəstək olmaq, qlobal investorlarla əlaqə qurmaq və beynəlxalqbazarlara çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.
Müsabiqəyə qoşulmaq üçün son tarix 30 aprel 2026-cı il, saat15:00-dır.
Müsabiqənin mərhələləri:
- Qlobal açıq çağırış. Startaplar (innovasiya, biznes modeli,komanda, təsir) rəsmi platforma vasitəsilə aprelin 30-dək müraciətedirlər.
- Seçim və qiymətləndirmə. Vençur kapitallı firmaların, maliyyəinkişafı institutlarının və korporasiyaların mütəxəssislərimüraciətləri 15 may tarixinədək qiymətləndirir.
- Mentorluq və intensiv təlim proqramı (“Bootcamp”). Seçilmişstartaplar 13–15 iyun tarixlərində fandreyzinq, maliyyəmodelləşdirməsi və təqdimatlar üzrə təlimlərə qatılır.
- İnvestorlara təqdimat və yarımfinallar. Startaplar 16–17 iyuntarixlərində beynəlxalq münsiflər heyətinə təqdimat edir vəinvestorlarla əlaqə qururlar.
Müsabiqə üzrə mükafatlar və imkanlar:
- Pul mükafatı
- Sertifikatlar və tanınma lövhələri
- İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumunun (PSF) sərgipaketi
- Beynəlxalq sərgilərdə iştirak imkanı
Layihələrinin qlobal bazarlara çıxacağına inanan və qlobalsəviyyədə rəqabət aparmağa hazır olan startaplar aşağıdakı linkdənistifadə edərək qeydiyyatdan keçə bilərlər: https://isdb.untap.us/programs/2026#block-about