RU

Simeoneni baş məşqçi postuna gətirmək istəyir - Premyer Liqa təmsilçisi

“Çelsi” baş məşqçi postu üçün yeni namizəd müəyyənləşdirib.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, londonlular hazırda “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone ilə maraqlanır.

Argentinalı mütəxəssisin dəvətində əsas səbəb “Çelsi”nin indiki baş məşqçisi Liam Rosenyorun rəhbərliyi altında qeyri-sabit nəticələr göstərməsidir.

Klub rəhbərliyi vəziyyəti dəyişmək üçün Simeoneyə üstünlük verməyi düşünür.

Simeone 2011-ci ildən bəri “Atletiko”nun “sükanı arxasında”dır. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

Избранный
21
sportinfo.az

1Источники