RU

Code Fest 2 innovativ olimpiadasının qalibləri müəyyənləşib 

Code Fest 2 – gənclər arasında proqramlaşdırma, texnologiya  və rəqəmsal  bacarıqları inkişaf etdirməyi hədəfləyən innovativ olimpiadadır. Bu layihə  məktəblilər  və  yeniyetmələr  üçün  nəzərdə  tutulmuşdur  və  onların yaradıcılıq, məntiqi düşünmə və problem həlletmə  qabiliyyətlərini  üzə  çıxarmağa imkan  yaradır.

Olimpiada çərçivəsində iştirakçılar 4-15 yaş qrupları üzrə 11 fərqli  kateqoriyada  yarışıblar. Bu kateqoriyalara proqramlaşdırma (Python Junior, Scratch, Python, Aİ), robototexnika (Lego WeDo 2.0), 3D modelləşdirmə, Uİ/UX və  digər  texnoloji istiqamətlər daxildir. Tapşırıqlar iştirakçıların həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını yoxlamağa yönəlib.

“Code Fest 2” proqramlaşdırma  və robototexnika  olimpiadasının  əsas  məqsədi gənclərdə texnologiyaya marağı artırmaq, onların erkən yaşdan İT sahəsinə yönəlməsinə dəstək olmaq və gələcəyin peşəkar kadrlarının formalaşmasına töhfə verməkdir. Eyni zamanda,  bu  cür  tədbirlər  iştirakçılar  arasında  sağlam  rəqabət mühiti yaradır və onların öz potensiallarını kəşf etməsinə şərait yaradır.

Olimpiadanın keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  kimi  qurumların  dəstəyi xüsusi  əhəmiyyət  daşıyır. Onların dəstəyi ilə tədbirin təşkilati səviyyəsi daha da yüksəlib və iştirakçılar üçün geniş imkanlar yaradılıb.

Avropa Azərbaycan Məktəbində keçirilən yarışın  sonunda  hər  bir  kateqoriya  üzrə qaliblər müəyyən olunaraq mükafatlandırılıb. 

Rizvan HİLALOĞLU, 

İlham BABAYEV( foto),

“Azərbaycan”

Избранный
16
azerbaijan-news.az

1Источники