RU

AZərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik KərimVəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli MüdafiəUniversitetinin rektor müavini professor Talat Canbolatın rəhbərliketdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.

Bildirilir ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabandaÜmummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlərxiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub,xatirələrini ehtiramla yad ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdəqonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyəmünasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, buəlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində dəinkişafının vacibliyini qeyd edib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübəmübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarınınartırılmasında mühüm rol oynayır.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünübildirən professor T.Canbolat hərbi təhsil sahəsində əməkdaşlığınyüksək səviyyədə olduğunu qeyd edib.

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin carivəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraqdoğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsiaparılıb.

Məqalədə:
Избранный
15
22
az.trend.az

10Источники