RU

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı

Bakı. Trend:

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation WorldChallenge" turniri keçirilib. Burada 17 ölkədən uşaq futbolkomandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə üçüncüdəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “RealMadrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalardakeçirilib. Azərbaycanı təmsil edən U12 komandası Gold liqasındayarımfinala yüksələrək Meksika komandası ilə 2:2 hesabı ilə oyunubitirib. Komandamız penaltı zərbələrində məğlub olaraq növbətioyunda Kanada komandasına 3:1 hesabı ilə qalib gəlib. Beləliklə,turnirdə 30 komanda arasında 3-cü yeri tutmaqla bürünc medalqazanıb.

Baş məşqçi Rövşən Babayevin rəhbərliyi ilə turnirdə bu uşaqfutbolçular iştirak ediblər: Bavver Ayaz Bakir, Aylin Hüseynova,Sara Məmmədova, Əli Kərimzadə, Naim Məmmədov, Cavad Əliyev, CamalHüseynbəyli, Mikayıl Səmədov, İslam Xanbabazadə, Ərtoğrul Nadir,Rauf Rəhimov, Həsən Xəlilov, Cahangir İman, İsmayıl Sadiq.

Turnir çərçivəsində Azərbaycan komandasının üzvləri məşhurfutbol ulduzu Roberto Karlosla da görüşüblər.

Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdəreallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasındaseçilib. 2025-ci ilin iyununda bu proqram ölkəmizdə də üçüncü dəfəreallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epointşirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqramçərçivəsində “Sabis Sun International School”un ərazisində futboldüşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “AzerbaijanFootland” komandası formalaşdırılıb.

“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2026-ciilin 22-26 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdətutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Məqalədə:
Избранный
5
9
az.trend.az

10Источники