RU

Xüsusi xidmət rəhbəri bu media quruluşuna qarşı 250 milyon dollarlıq iddia qaldırdı

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patel “The Atlantic” nəşrinə qarşı 250 milyon dollar məbləğində böhtan iddiası qaldırıb.

Musavat.com xəbər verir ki, məlumata görə, iddia jurnalın Patel barədə dərc etdiyi materialla bağlıdır. Həmin yazıda FBI rəhbərinin guya həddindən artıq spirtli içki qəbul etməsi və səbəbi izah olunmayan işə çıxmama halları ilə bağlı iddialar yer alıb.

Kaş Patel bu məlumatların həqiqətə uyğun olmadığını və onun reputasiyasına ciddi zərbə vurduğunu bildirərək məhkəməyə müraciət edib.

“The Atlantic” isə iddiaya reaksiya verərək onu “əsassız” adlandırıb və dərc olunan materialın jurnalist araşdırmasına əsaslandığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da media ilə yüksək vəzifəli şəxslər arasında bu cür hüquqi çəkişmələr nadir hal deyil və adətən geniş ictimai rezonans doğurur.

Musavat.com

Избранный
23
musavat.com

1Источники