RU

Türkiyəli iş adamı Azərbaycanda aldadıldığını iddia edirVİDEO

Mebel mağazasının sahibi aldadıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Türkiyəli iş adamı, "Massimo Group” MMC-nin rəhbəri Necip Kösedən gedir.

Onun sözlərinə görə, ötən ilin avqustunda müştəri Bayram Yusifov dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edir ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb.

Müsahibim iddia edir ki, dəfələrlə borclu ilə danışaraq borcu ödəməsini bildirsə də, müsbət cavab almayıb.

Məsələdə adı çəkilən Bayram Yusifovla əlaqə saxladıq. O, bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirdi.

Qeyd edək ki, mebel təminatı ilə bağlı qanuni sənədlər, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
31
8
xezerxeber.az

9Источники