RU

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

Kanadanın Baş naziri Mark Karney bildirib ki, ölkənin ABŞ-lə uzun illər davam edən sıx iqtisadi əlaqələri artıq “zəiflik” kimi qiymətləndirilə bilər və bu vəziyyət dəyişdirilməlidir.

“Əl Cəzirə” telekanalı xəbər verir ki, bunu Baş nazir yayımladığı qısa videomüraciətdə bildirib. 

M.Karney qeyd edib ki, Kanada artıq sadəcə bir ölkədən, xüsusilə Amerikadan asılı olmamalıdır: “Dünya daha təhlükəli və parçalanmış vəziyyətə gəlib. ABŞ-nin ticarət siyasəti dəyişib və tariflər “Böyük Depressiya” dövründən (1929-1939) bəri ən yüksək səviyyəyə qalxıb. Bu da Kanada üçün risk yaradır. Kanada gələcəkdə iqtisadi əlaqələrini daha çox ölkə ilə genişləndirməli, o cümlədən Çin kimi bazarlara yönəlməlidir. Ölkəmiz öz gələcəyini sadəcə bir tərəfdaşa bağlamamalı və daha müstəqil iqtisadi siyasət yürütməlidir”.

Bu açıqlamalar Donald Trump administrasiyasının ticarət siyasəti və Kanada ilə bağlı bəyanatlarından sonra iki ölkə arasında münasibətlərin dəyişməsi səbəbindən səsləndirilib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
21
azerbaijan-news.az

1Источники