Nəzarət tədbirləri çərçivəsində Rusiyadan idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton "Şedroye Leto" əmtəə nişanlı, 82.5 faizlik, 1 kiloqramlıq məhsul partiyasında "3-monoxlorpropan1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-ci il yanvarın 24-ü - oktyabrın 2l-i istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.Faktla bağlı agentlik tərəfindən qanunauyğun tədbir görülərək, sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub.