Ajans.az xəbər verir ki, onun meyiti hamamda asılmış vəziyyətdə aşkarlanıb. Yaxınlarının sözlərinə görə, Aysun Quliyeva ilə ölümündən əvvəl danışıblar və onun nə danışığında, nə də hərəkətlərində heç bir qeyri-adi hal hiss etməyiblər. Hadisədən sonra gecə saat 2 radələrində ailə üzvlərinə zəng edilərək qızlarının hamamda asılı vəziyyətdə olduğu barədə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə istintaq aparılır. (unikal)