RU

Bir avroya evlər satışa çıxarıldı

İtaliyanın Viçentsa şəhərinin şimalında yerləşən bələdiyyə birliyi dağlıq ərazilərə həyatı qaytarmaq və əhalinin azalmasının qarşısını almaq üçün köhnə evləri simvolik olaraq bir avroya satışa çıxarıb.

 

Bu barədə leggo.it yazıb.

 

Layihə "Pasubio Piccole Dolomiti" Dağ İcmaları Birliyi tərəfindən "Pnrr Green Communities" proqramı çərçivəsində həyata keçirilir.

 

Aprelin 16-da müraciətlərin qəbulu başa çatsa da, təşəbbüsə böyük maraq göstərilib. Birliyə 78 rəsmi alış təklifi daxil olub, onlardan doqquzu xaricdən, beşi isə İtaliyada yaşayan əcnəbilərdən gəlib.

 

İlkin olaraq istifadəsiz hesab edilən 385 daşınmaz əmlakdan faktiki olaraq 24 bina satışa çıxarılıb.

 

Köhnə evlərə investisiya qoymağa hazır olan alıcıların yekun siyahısı mayın əvvəlində açıqlanacaq.

 

Oxu.az

Tarix: 21 Aprel 2026, 02:47   
Избранный
61
2
pravda.az

3Источники