RU

İran rəhbərliyində parçalanma: Qalibaf Cəliliyə yükləndi

İranda ABŞ-la mümkün razılaşma ətrafında fikir ayrılıqları daha da kəskinləşir.

Musavat.com xəbər verir ki, Məhəmməd Bağır Qalibaf haqqında yayılan məlumatlara görə, o, müşavirləri ilə qapalı görüşdə saziş əleyhdarlarını sərt tənqid edib.

Iran International tərəfindən yayılan iddiaya əsasən, Qalibaf xüsusilə Səid Cəlili və onunla eyni mövqedə olan çevrələri hədəf alaraq, onları “ekstremist milis tipli qüvvələr” adlandırıb.

Mənbənin yazdığına görə, parlament sədri həmin qrupların dövlət mediası və radikal dini-siyasi dairələr vasitəsilə ABŞ-la danışıqlara qarşı müqaviməti gücləndirməyə çalışdığını bildirib.

Eyni zamanda iddia olunur ki, Qalibaf hakimiyyət daxilində mövqelərin zəifləməsi ehtimalından narahatdır və bu proseslər İran siyasi elitasında parçalanmanın dərinləşdiyini göstərir.

 

Musavat.com

Избранный
80
musavat.com

1Источники