ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kremlə sadiq siyasətçi Rumen Radev inamlı qələbə qazandıqdan sonra Avropa Birliyi daxilində öz təsirini bərpa etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri yazıb.
Məlumata görə, Bolqarıstanın sabiq prezidenti Rumen Radev və onun “Mütərəqqi Bolqarıstan” koalisiyası səslərin əksəriyyətini əldə edərək hökuməti təkbaşına formalaşdırmaq imkanı qazanıb.
Kremldə artıq bu hadisəyə reaksiya verilib.
Qeyd olunub ki, Radev Ukraynaya hərbi yardımın əleyhinə çıxış edir və Bolqarıstanın avrozonaya qoşulmasının məqsədəuyğunluğunu sual altına alır.
Nəşrin ekspertlərinin fikrincə, o, xüsusilə Viktor Orbanın son seçkilərdə məğlub olmasından sonra AB üçün “yeni Orban”a çevrilə bilər.
Seçki nəticələri elan edildikdən sonra siyasətçi rezonans doğuran açıqlamalar verməyə tələsməyib. O, xüsusilə təhlükəsizliklə bağlı Rusiya təbliğatının tezislərini təkrarlayıb və Avropa Birliyinin siyasətini tənqid edib.
“Avropa dünyada yeni qaydalarla mənəvi lider olmaq ambisiyalarının qurbanına çevrilib”, – deyə o, jurnalistlərə bildirib.
Radev “yeni təhlükəsizlik arxitekturası”nın yaradılmasına çağırıb ki, bu da Kreml maraqları ilə üst-üstə düşür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.