Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Apple” şirkətinin baş direktoru Tim Kuk baş direktor vəzifəsindən istefa verdiyini açıqlayıb.
Yeniavaz.com “MacRumors”a istinadla xəbər verir ki, o, yayın sonuna qədər vəzifəsində qalacaq və avadanlıq mühəndisliyi rəhbəri Con Ternus 1 sentyabr 2026-cı ildə baş direktor vəzifəsini icra etməyə başlayacaq.
Onun baş direktor təyinatı şirkətin direktorlar şurası tərəfindən yekdilliklə qəbul edilib və düşünülmüş, uzunmüddətli varislik planlaşdırma prosesinin nəticəsi olduğu bildirilib.
Vəzifəsinin icrasına başladqdan sonta Con Ternus “Apple” şirkətinin Direktorlar şurasına da qoşulacaq.
Kuk isə keçiddən sonra Direktorlar Şurasının sədri vəzifəsini öz üzərinə götürəcək və şirkətin fəaliyyətinin bir neçə aspektində, o cümlədən dünyanın hər yerində dövlət qurumları ilə əlaqələrdə iştirak edəcək.
Hazırkı idarə heyətinin sədri Artur Levinson isə aparıcı müstəqil direktor vəzifəsinə keçəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.