RU

Piramida üzərində turistləri atəşə tutdu Ölü və yaralılar var Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Meksikada Teotiuakan arxeoloji kompleksinin ərazisində atışma baş verib.

“Qafqazinfo” “El Pais” nəşrinə istinadən xəbər verir ki, bir kişi kompleksin ikinci ən böyük piramidası olan Ay piramidаsına qalxaraq turistlərə 20 dəfədən çox atəş açıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, azı 13 nəfər yaralanıb. Ölən şəxs Kanada vətəndaşıdır. Yaralılar arasında Kolumbiya, Kanada, Rusiya, Braziliya və ABŞ-dən olan turistlərin olduğu bildirilir.

Həmin şəxs isə daha sonra intihar edib.

Qeyd edək ki, Teotiuakan arxeoloji kompleksinin ən qədim tikililəri Günəş və Ay piramidalarıdır. Kompleks 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
qafqazinfo.az

1Источники