RU

Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ

Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün daha beş yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaq.

Cəfərov daha əvvəl 3 dəfə, N.Məmmədli 2 dəfə, Qurbanov isə 1 dəfə Avropa çempionu olub.

Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaq.

Избранный
29
6
football-plus.az

9Источники