RU

Dayanacaqlarda izdiham İşə gecikənlər və dolu avtobuslar (VİDEO)

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Paytaxtın ictimai nəqliyyat sistemindəki nöqsanlar sərnişinlərin gündəlik həyatını çətinləşdirməkdə davam edir. Xüsusilə işə və dərsə tələsən vətəndaşlar avtobusların qeyri-müntəzəm fəaliyyətindən ciddi şəkildə əziyyət çəkirlər.Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə Bakının marşrut şəbəkəsindəki növbəti problemlə bağlı görüntülər yayılıb. Videoda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 13 nömrəli avtobusun intervalında yaranan ciddi gecikmələr əks olunub.Uzun müddət dayanacaqlarda gözləyən insanlar avtobusa minmək üçün böyük çətinliklərlə qarşılaşıblar. Nəqliyyat vasitəsinin həddindən artıq dolu olması sərnişinlərin həm təhlükəsizliyini, həm də rahatlığını sual altına qoyub. Görüntülərdə bir çox vətəndaşın sıxlıq səbəbindən avtobusa daxil ola bilmədiyi və yolda qaldığı aydın görünür. Sakinlər bu istiqamətdə avtobus sayının artırılmasını və qrafikə nəzarətin gücləndirilməsini tələb edirlər.

 

@nisaess04 #baku ♬ sonido original - nisaess

İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
50
demokrat.az

10Источники