RU

Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi

Bakı. Trend:

İmmunizasiya həftəsinin əsas məqsədi cəmiyyətin bütün yaşqrupları arasında peyvəndləmənin əhəmiyyəti barədə məlumatlılığıartırmaq və insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtındavaksinasiya olunmağa təşviq etməkdir.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin İmmunoprofilaktika bölməsinin epidemioloqu ƏlcəfərCəfərov açıqlayıb.

Onun sözlərinə görə, hər il bu mövzuya xüsusi diqqətayrılmasının səbəbi, kollektiv immuniteti qoruyub saxlamaqlakütləvi epidemiya risklərinin qarşısını almaq və qarşısı alınabilən xəstəliklər səbəbindən yaranan fəsadları minimumaendirməkdir:

“Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarınıgücləndirməyə və peyvənd təqvimindən kənarda qalan uşaqları yenidənprosesə cəlb etməyə xidmət edir. Səhiyyə Nazirliyi RespublikaGigiyena və Epidemiologiya Mərkəzi ölkəyə daxil olan hər birpeyvəndin Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasına vəbeynəlxalq təhlükəsizlik sertifikatlarına uyğunluğuna ciddi nəzarətedir. Vaksinlərin istehsalçıdan tibb məntəqəsinə qədər olan yolundatemperatur rejiminin (+2°C-dən +8°C-dək) qorunması müasir “soyuqzəncir” sistemləri və mütəmadi aparılan monitorinqlər vasitəsilətəmin edilir”.

Ə.Cəfərov bildirib ki, bu prosesin qüsursuz işləməsi üçüncavabdeh personal mütəmadi olaraq ixtisaslaşdırılmış təlimlərə cəlbolunur və onların maarifləndirilməsi istiqamətində davamlı işləraparılır:

“Tibb müəssisələrindəki saxlanma şəraiti Səhiyyə NazirliyiRespublika Gigiyena və Epidemiologiya Mərkəzinin ərazimütəxəssisləri tərəfindən mütəmadi monitorinq olunur. Hər birflakonun yararlılığına isə üzərindəki xüsusi indikatorlar (FTİ)vasitəsilə fərdi qaydada nəzarət edilir. Belə kompleks nəzarətmexanizmi sayəsində vətəndaşlarımızın yalnız yüksək keyfiyyətli vətam təhlükəsiz preparatlarla təmin olunması tam təmin edilir”.

Избранный
66
6
az.trend.az

7Источники