RU

Tramp İranla danışıqları davam etdirəcək

İranda vurulan “F-15” qırıcı təyyarəsinin pilotlarını xilas etmək üçün həyata keçirilən kritik əməliyyat zamanı Donald Trampın saatlarla köməkçilərinin üzərinə qışqırdığı və "səbirsizliyinin prosesə zərər verəcəyi" düşüncəsi ilə hərəkat mərkəzindən uzaq tutulduğu iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Wall Street Journal"ın (WSJ) yüksək rütbəli idarəçilərə istinadən verdiyi xəbərə görə, 3 apreldə təyyarənin vurulması və iki pilotun itməsindən sonra Tramp böyük bir qəzəb yaşayıb.

1979-cu ildəki İran girov böhranına bənzər bir mənzərənin yaranmasından narahat olan Trampın saatlarla məsləhətçilərinin üzərinə qışqırdığı irəli sürülüb. Bir pilot qısa müddətdə xilas edilsə də, ikinci pilotun düşmən xəttinin arxasında keçirdiyi 24 saat ərzində Ağ Evdə gərginlik pik həddə çatıb.

Xəbərdə vitse-prezident Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Suzi Uayls kimi yüksək səviyyəli şəxslərin Ağ Evin Məxfi Əməliyyatlar Otağında (Situation Room) prosesi anlıq olaraq izlədiyi, lakin Trampın bu iclaslara daxil edilmədiyi bildirilib.

"Məhz Prezidentin səbirsizliyinin kömək etməyəcəyi düşünüldüyü üçün o, dəqiqə-dəqiqə yenilənmələrin edildiyi otaqdan uzaq tutuldu, yalnız kritik anlarda telefon vasitəsilə məlumatlandırıldı", - deyib bir rəsmi şəxs bildirib.

İkinci pilotun MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) kəşfiyyat dəstəyi və həyata keçirdiyi yayındırma hərəkatı sayəsində bir dağ yarığında tapıldığı məlum olub. MKİ-nin İran qüvvələrini çaşdırmaq üçün pilotun artıq xilas edildiyinə dair saxta məlumatlar yaydığı ifadə edilib.

Əməliyyat uğurla başa çatdıqdan sonra Tramp "Truth Social" vasitəsilə pilotu "cəsur döyüşçü" adlandırıb.

Избранный
38
cebheinfo.az

1Источники