RU

Uzun müddət lazım olacaq” - Tramp İrandakı urandan danışdı

ABŞ Prezidenti Donald Tramp ötən ilin iyun ayında hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması üçün uzun müddət lazım olacağını açıqlayıb.

Missiya.Az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ-nin 2025-ci ilin iyun ayında etdiyi zərbələr İranın nüvə obyektlərinin tamamilə məhv edilməsinə gətirib çıxarıb.

"Buna görə də zənginləşdirilmiş uranın çıxarılması uzun və çətin bir proses olacaq", - deyə siyasətçi vurğulayıb.

Tramp həmçinin “CNN” və Amerikanın digər media qurumlarını saxta xəbərlər yaymaqda tənqid edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
20
missiya.az

1Источники