286 nömrəli məktəbdə yandırılan şagirdin hazırki vəziyyəti açıqlanıb.
"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, TƏBİB-dən uşağın vəziyyətinin ağır olduğunu bildirilib:
"Dünən yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Xatırlatma: aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
Telegram kanalımız