ain.az, Bakivaxti saytına istinadən bildirir.
Qobustan rayonunda bir ailənin 4 üzvü zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, Qobustan rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./Azərtac
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.