ain.az, Axsham.az saytına istinadən bildirir.
65 yaşlı Tim Kuk "Apple" şirkətinin baş icraçı direktoru vəzifəsindən gedir.
Axşam.az xəbər verir ki, onun yerini şirkətin avadanlıq üzrə baş vitse-prezident olan Con Ternus tutacaq.
Ternus sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq. 2011-ci ildən şirkətin qurucusu Stiv Cobs xəstəlik səbəbindən istefa verdikdən sonra "Apple"a rəhbərlik edən Kuk isə direktorlar şurasının icraçı sədri olacaq. O bildirib ki, 50 yaşlı Con Ternus son 25 ildə şirkətdə çalışan şəxs kimi bu vəzifə üçün ən uyğun namizəddir.
Qeyd edək ki, Tim Kuk 1998-ci ildən "Apple"da işləyir. O, 15 il əvvəl baş icraçı direktor olub. Onun rəhbərliyi dövründə şirkətin gəliri 2011-ci ildəki 108 milyard dollardan ötən il 416 milyard dollara yüksəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.