“İran təhdidlər kölgəsində aparılan və son iki həftə ərzində döyüş meydanında yeni kartların ortaya qoyulmasına hazırlaşıldığı danışıqları qəbul etmir”.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən, İran parlamentinin spikeri Məhəmməd Bağir Qalibaf özünün sosial şəbəkə hesabında belə yazıb.
“Tramp blokada tətbiq etməklə və atəşkəsi pozmaqla öz boşluğu ilə bu danışıqlar masasını təslim olmaq masasına çevirməyə və ya yeni bir müharibənin başlamasını əsaslandırmağa çalışır”, - deyə İran parlamentinin spikeri vurğulayıb.