TƏBİB-in yeni təyin olunan müşaviri işdən çıxarıldı - FOTO
Ajans.azbakupost.az-a istinadən xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub. Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb. Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib. Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.