RU

Onları əsir adlandırmaq beynəlxalq hüquqa təhqirdir Deputat

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Avropanın Azərbaycanla birbaşa bağlantısı, yaxud ortaq marağı olmayan iki ölkəsi Belçika və Niderlandın parlamentlərinin eyni gündə eyni məzmunda ölkəmiz əleyhinə qərəzli bəyanatlar yayması bəşəri dəyərlər üçün təhdidə, oturuşmuş beynəlxalq hüquq qaydaları üçün isə qəbuledilməz presedentə yol açır”. 

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat Azərbaycana qarşı qərəzli yanaşmaya diqqət çəkib:

“Əgər söhbət beynəlxlaq hüquqdan gedirsə, Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini hədəf alan terrorçuları “əsir” adlandırmaq 1949-cu il III Cenevrə Konvensiyasının timsalında beynəlxalq humanitar hüquqa təhqirdir. Beynəlxalq hüquq terroru maliyyələşdirənləri və mülki əhaliyə atəş əmri verənləri müdafiə etmir, onları mühakimə edir. Terrorçunu müdafiə etmək, cinayətin iştirakçısı olmaq deməkdir.

Baxın, Azərbaycan Prezidentinin təşəbbüsünün nəticəsi kimi, təmas xəttində iki ildən çoxdur ki, de-fakto sülhə nail olunub, silahlar susub, 8 ay əvvəl sülh sazişi paraflanıb, ərazilərin tək delimitasiyası yox, eyni zamanda demarkasiyası üzrə uğurlu proses müşahidə olunur, ticari əlaqələr formalaşmaqdadır, siyasi ritorika kifayət qədər müsbətdir. Həmçinin bir neçə gün əvvəl Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın ermənistanlı həmkarı ilə müsbət məcrada görüşü baş tutdu. Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Qarabağ gündəliyindən imtina etməyin vacibliyini dilə gətirir. Yəni, Ermənistanın özünün cari reallıqdan razı göründüyü bir məqamda regiondan 3 min km uzaqda yerləşən ölkələrin parlamentlərinin cinayətləri sübuta yetirilmiş şəxsləri “əsir” adlandırması yaxud ermənilərin Qarabağa qayıdışı üçün “beynəlxalq təminat” barədə sərsəm tezisləri nə deməkdir?

Bəli, bu yanaşma bizi hiddətləndirir, amma əsl narahat olmalı tərəf Ermənistandır. Çünki bölgənin sülh reallığının pozulmasına yönəli təşviq ilk növbədə Ermənistan üçün təhdiddir. Bu mənada İrəvan ən qısa zamanda real addımlarla, o cümlədən Avropa İttifaqı missiyasını öz ərazisindən çıxarmaqla məsələyə reaksiya verməli və sülhə sədaqətini sübut etməlidir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники