ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Antalya Diplomatiya Forumu artıq nəinki regional, eyni zamanda qlobal məsələlərin müzakirəsini təşkil edən ciddi platformaya çevrilib. Dövlət başçımızın forumda iştirak etməsi Azərbaycanın sözügedən tədbirə xüsusi önəmini göstərir".
Ölkə.az xəbər ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaş dövlətlərindədir. " 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır",- o vurğulayıb.
Deputat əlavə edib ki, iqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir: "İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib.
Dövlət başçılarının qarşılıqlı səfərləri strateji əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin Türkiyəyə növbəti səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq".
Mürtəza
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.