RU

Azərbaycan millisinə yeni məşqçi təyin olundu

Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyası Yekaterina Matviyenko ilə əməkdaşlığa başladıqlarını elan edib. 

Bədii üzgüçülük üzrə idman ustası müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin Olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.

Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş mütəxəssis federasiyanın rəsmi saytına fikirlərini bölüşüb: “Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm və məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Избранный
3
9
fanat.az

10Источники