RU

Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını son dərəcə vacib hesab edir - Kallas

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasındamünasibətlərin normallaşmasını son dərəcə vacib hesab edir.

Trend xəbər verirki, bunu Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasətiüzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xariciİşlər Şurasının iclası ərəfəsində jurnalistlərə verdiyi açıqlamadabildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərinnormallaşdırılması məsələsi Aİ-nin gündəliyində mühüm yertutur.

“Bizim üçün Ermənistan, Azərbaycan və onların münasibətlərininnormallaşması son dərəcə böyük önəm kəsb edir”, – deyə Kallasvurğulayıb.

O qeyd edib ki, müzakirələr çərçivəsində Aİ-nin hər iki ölkə iləgələcək əməkdaşlığı məsələsinə baxılacaq.

“Biz həmçinin Ermənistan üçün yeni missiyanı və onlarınAzərbaycanla münasibətləri üzərində bundan sonra necə işləyəbiləcəyimizi müzakirə edəcəyik”, – o bildirib.

Kallas əlavə edib ki, Aİ regiondakı vəziyyəti, o cümlədənGürcüstanda baş verən prosesləri diqqətlə izləməyə davam edir.

Məqalədə:
Избранный
22
2
az.trend.az

3Источники